Azərbaycanda BOKT-nin səhmlərində pay bölgüsü dəyişdi

Yaxın zamanlarda rebrendinq edən BOKT “Alfa Kapital” MMC və ya əvvəlki “Effektinvest” BOKT MMC-nin nizamnamə kapitalında pay bölgüsü dəyişib.

Banker.a xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 20 000 manat artırılaraq 1 020 000 manata çatdırılıb.

Kapital artımı birbaşa əsas payçının iştirakı ilə reallaşıb. Belə ki, Fərid Köçərli Fəxrəddin oğlunun sahib olduğu payların miqdarı 102-dən 106-ya, investisiyasının həcmi isə 530 000 manata yüksəlib. Bununla da onun şirkətdəki xüsusi çəkisi 51%-dən 51.96%-ə qalxıb.

Digər səhmdarlar Şirin Cavadov İlahəddin oğlunun payı 47.5%-dən 46.57%-ə, Elçin Niftiyev Zülfüqar oğlunun payı isə 1.5%-dən 1.47%-ə enib. Hazırda təşkilatın kapitalı hər birinin nominal dəyəri 5 000 manat olan 204 paydan ibarətdir.

BOKT keçən ili 383 min manat xalis mənfəət əldə edib. Öncəki ildə 202 min manat idi. Bununla da cəmi kapitalın həcmi 1 747 380 min manata yüksəlib. Bu da bir payın real olaraq təqribən 8 565 manat olması deməkdir. Halbuki, bir payın nominal dəyəri 5000 manatdır.

Son xəbərlər
Digər xəbərlər