6 C
Baku
Sunday, December 15, 2024

Ermənistan karantin rejimini ləğv edir

Ermənistanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq vətəndaşların hərəkətinə qoyulan məhdudiyyətlər mayın 4-dən etibarən aradan qaldırılır.

Banker.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Qeyd edək ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə çərçivəsində martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət elan edilmişdir. Ölkədə 2145 nəfər yoluxub, 33 nəfər dünyasını dəyişib.

“Dəyişikliklər paketi mayın 4-dən qüvvəyə minəcək. Xüsusilə, sərbəst hərəkət məhdudiyyətinin ləğvi barədə qərar qəbul ediləcək. Yəni Ermənistandakı bütün vətəndaşlar sərbəst hərəkət edə biləcəklər. Buna baxmayaraq, ictimai nəqliyyat hələ də qadağan edilir. Bu, infeksiyanın yayılması riski ilə əlaqədardır”, – Ermənistanın iqtisadiyyat naziri Varos Simonyan bildirir.

Onun sözlərinə görə, pərakəndə və topdan ticarət sahəsində demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılır.

Son xəbərlər
Digər xəbərlər