2019-cu ildə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə portfeli 30,2% azalaraq 1,155 mlrd. ABŞ dolları təşkil edib.
500 mln. dollar dəyərində olan azalma ölkənin 2019-cu ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün AİB-in 500 mln. dollar məbləğində kreditindən imtinası nəticəsində olub.
AİB qeyd edir ki, hesabat ilinin sonunadək bankın Azərbaycan üzrə portfelinə daxil olan qrantların və kreditlərinin 41%-i hələ istifadə edilməyib.
Xatırladaq ki, 1992-ci ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə yardım, kredit xətti, qrant və s. şəklində 4,19 mlrd. həcmində vəsait ayırıb.