10 C
Baku
Thursday, December 12, 2024

Çin bəzi ABŞ məhsullarına idxal tariflərini ləğv edir

Çin bəzi ABŞ məhsullarına idxal tariflərini ləğv edir.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

Çinin Maliyyə Nazirliyinin verdiyi məlumata görə, tariflər mayın 19-dan etibarən ləğv ediləcək və 2021-ci il 18 may tarixində yenidən qüvvəyə minəcək. Məlumdur ki, bu siyahıya nadir metal filizləri, gümüş və qızıl filizləri, eləcə də konsentratlar daxil olmaqla bir sıra mallar daxildir.

Nazirlik məhsul idxalının ümumi dəyərini açıqlamır. Xatırladaq ki, fevral ayında Pekin ABŞ-ın 696 məhsulu üçün əlavə güzəştlər təqdim edəcəyini bildirmişdir.

Keçən həftə Pekin və Vaşinqtonun aparıcı ticarət nümayəndələri arasında danışıqlar keçirilmişdir, tərəflər yanvar ayında imzalanan müqaviləni müzakirə etdilər.

Müqavilənin şərtlərinə görə Çin ABŞ-dan mal alışını 2017-ci il baza səviyyəsindən 200 milyard dollar artırmalıdır. Alış həcmi birinci ildə təxminən 77 milyard dollar, ikinci ildə isə 123 milyard dollar artırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər