“Tesla” şirkəti yerli hakimiyyət orqanlarının koronavirus səbəbindən qoyduqları məhdudiyyətləri qismən aradan qaldırandan sonra, ABŞ-ın Nevada əyalətində istehsalı bərpa edəcək.
Banker.az bu barədə şirkətin daxili elektron məktubuna istinadən “The Verge” məlumat verib.
Xatırladaq ki, daha əvvəl mayın 11-də “Tesla” nın baş direktoru İlon Mask, şirkətin Kaliforniyanın Alameda ərazisinin yaxınlığında yerləşən fabrikdə istehsalı bərpa etdiyini açıqlamışdır. Milyarder bunun yerli hakimiyyət orqanları tərəfindən qoyulmuş məhdudiyyətlərə zidd olduğunu vurğulayıb.
ABŞ prezidenti Donald Tramp şirkətin Kaliforniyadakı zavodun işini bərpa etmək qərarına dəstək olub.
“Kaliforniya Maska fabrikini yenidən açmasına icazə verməlidir. Bunu tez bir zamanda etmək lazımdır”, – deyə prezident “Twitter” səhifəsində yazır.
ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri Stiven Mnuçin isə “Tesla” nın Kaliforniyanın ən böyük işəgötürəni olduğunu və buna görə də ştat orqanları şirkət rəhbərliyinə güzəştə getməli olduğunu söyləyib.
İlon Mask özü əyalət orqanlarının karantin rejimini uzatmaq qərarını qeyri-konstruktiv adlandırır və Tesla Model 3 avtomobillərini başqa ştatda istehsal edəcəyini bildirir.