Səudiyyə Ərəbistanı Krallığında Orucluq bayramı günlərində 24 saatlıq komendant saatı rejimi tətbiq ediləcək.
İsrail KİV-i xəbər verir ki, komendant saatı mayın 23-dən 24-dək sürəcək.
Bildirilib ki, bu məhdudiyyət koronavirusla əlaqədar tətbiq edilir və tədricən ləğv ediləcək.
Bundan başqa, sakinlərə səhər saat 9-dan axşam saat 17-dək küçəyə çıxmağa icazə verilir.
Orucluğun sonunadək yaşayış məntəqəsinin tərk edilməsi ilə bağlı qadağa qüvvədə qalacaq.
Məkkədə də komendant saatı gecə-gündüz olacaq.