ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauellin “Koronavirus pandemiyası kontekstində ABŞ iqtisadiyyatının inkişaf perspektivləri çox qeyri-müəyyəndir və daha da azalma riskləri mövcuddur” sözləri Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin ucuzlaşmasına gətirib çıxarıb.
Hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 499,561 bənd (2,10%) enişlə 23 265,22 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 48,29 bənd (1,68%) azalma ilə 2 821,83 bəndə geriləyib.
“Nasdaq” Texnologiya İndeksi də 133,55 bənd (1,48%) geriləyərək 8 869,00 bəndə düşüb.
Bundan başqa, “WTI” markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 25,77 ABŞ dolları təşkil edib.