11 C
Baku
Saturday, November 16, 2024

ABŞ “Huawei”yə qarşı sanksiyaları daha bir il uzatdı

ABŞ-ın “milli təhlükəsizliyi üçün təhdid olan” şirkətlərin istehsal etdiyi telekommunikasiya avadanlıqlarından istifadə qadağası daha bir il uzadılıb. Banker.az xəbər verir ki, müvafiq sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

ABŞ qanunvericilərinin fikrincə, Trampın bu sərəncamı ilk növbədə “Huawei” və ZTE şirkətlərinə aiddir.

Eyni zamanda, ABŞ-ın Ticarət Departamenti amerikan müəssisələrinə “Huawei” ilə ticarət etməyə imkan verən müvəqqəti icazənin müddətini (cümə günü bitir) uzadacaq.

Daha əvvəl ABŞ-ın Simsiz Əməliyyatlar Operatorları Birliyi (CTIA) nazirliyə müraciət edərək, icazənin müdətinin uzadılmasını xahiş etmişdi, çünki “indi məhdudiyyətlərin tətbiq edilməsi üçün uyğun vaxt deyil”.

Xatırladaq ki, ABŞ “Huawei” şirkətini “qara siyahı” ya 2019-cu ilin may ayında daxil edib.

Son xəbərlər
Digər xəbərlər