13 C
Baku
Saturday, November 16, 2024

Ceff Bezos dünyanın ilk trilyonçusu ola bilər

Dünyanın ən zəngin adamı Ceff Bezos cəmi bir neçə il ərzində tarixin ilk trilyonçusu ola bilər. Banker.az xəbər verir ki, bu, “Amazon” səhmlərinə tələbatın kəskin artması ilə əlaqəlidir.

Lakin buna baxmayaraq, Bezosun trilyonçu olmaq üçün hələ çox var. “Forbes” jurnalının qiymətləndirmələrinə görə, 56 yaşlı sahibkarın sərvəti 143 milyard dollar təşkil edir. Bu, mart ayı ilə müqayisədə nəzərə çarpacaq qədər çoxdur – həmin dövrdə milyarderlərin kapitalı təqribən 125 milyard dollar olub.

Xatırladaq ki, Bezos “Amazon” şirkətinin 11,2%-nə sahibdir. Analitiklər “Amazon” un onlayn alış və çatdırılma xidmətlərinə tələb artdıqca pandemiyanın benefisiarına çevriləcək.

Bu ilin ilk üç ayında “Amazon” satışları 75 milyard dolları ötdü. Müqayisə üçün: bir il əvvəl bu rəqəm 60 milyard dollar təşkil etmişdir. Xatırladaq ki, Ceff Bezos dünyanın 400 ən zəngin adamı siyahısına ilk dəfə 1998-ci ildə daxil olmuşdur. O, cəmi dörd il sonra “Amazon” u təsis etdi. Həmin dövrdə milyarderin kapitalı 1,6 milyard dollar dəyərində qiymətləndirilirdi.

İlin əvvəlindən bəri “Amazon” səhmləri 28%-dan çox bahalaşıb. Bununla yanaşı, aprel ayında Bezos şirkətin “ağır böhran” yaşadığını söyləmişdir. Qeyd edildiyi kimi, milyarder şirkətin gəlirini “koronavirus ilə əlaqəli xərclərə” yönəldəcək: məsələn, qoruyucu vasitələrin alışı.

Tədqiqatçıların proqnozlarına görə, pandemiya Bezosun milyarderdən trilyonçuya çevrilməsi prosesini daha da sürətləndirəcək. İnsanların reaksiyası fərqlidir – bəziləri zənginlərin böhran dövründə daha da zənginləşəcəyinə qıcıqlandıqlarını ifadə etsələr, digərləri iş adamına hörmətlə yanaşırlar.

Son xəbərlər
Digər xəbərlər