2020-ci ildə koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollaradək və ya ÜDM-nin 6,4-9,7%-ni itirəcək.
Banker.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının saytında məlumat verilir.
Bankın proqnozuna görə, ciddi məhdudiyyətlər tətbiq edən, açıq iqtisadiyyatlı, habelə mal ixracatından asılı olan ölkələr pandemiyadan daha çox zərər çəkəcəklər.
Mümkün itkiləri azaltmaq üçün ölkələr koronavirusun yayılmasının qarşısını almalıdırlar. Bunu etmək üçün insanları qoruyucu vasitələrlə təmin etmək, eyni zamanda sosial məsafəni saxlamaq vacibdir.
Bütün lazımi tədbirlər görüldüyü təqdirdə, COVID-19 pandemiyasından mümkün zərərləri 40% azaltmaq (5,4 trilyon dollar və ya ÜDM-nin 5,9%-i) mümkün olacaq.
“JPMorgan Chase & Co” nun qiymətləndirmələrinə görə, pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərər 5,5 trilyon dollar təşkil edəcək, bu barədə “Bloomberg” məlumat verib.
Beynəxalq Valyuta Fondu isə 2020-ci ildə iqtisadi azalmanın 3% təşkil edəcəyini bildirir. Bu il 194 ölkənin 157-si tənəzzül içindədir. Qeyd edildiyi kimi, ABŞ iqtisadiyyatı 5,9%, Avrozona iqtisadiyyatı 7,5%, Çin iqtisadiyyatı isə 1,2% itirəcək.