İsrail parlamentinin sədri, “Kaxol Lavan” blokunun rəhbəri Beni Qans vəzifədən istefa verib.
Məlumatı “newsru” yayıb.
Bu qərar İsrailin 35-ci hökumətinin andiçməsi ərəfəsində qəbul olunub.
Məlumata görə, hökumət mayın 17-də and içəcək.
Xatırladaq ki, İsrail Nazirlər Kabinetinin andiçmə mərasimi mayın 13-nə planlaşdırlmışdı. ABŞ-ın dövlət katibi Maykl Pompeonun İsrailə səfəri ilə əlaqədar bu tədbir keçirilməsi mayın 14-ünə dəyişdirilmişdi.