2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan əsas on beş ticarət tərəfdaşı ilə ümumi dəyəri 6,306 mlrd. ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu il 2019-ci ildə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, İsrail və Hindistan gəlir.
Ötən ilin müvafiq dövründə siyahıda 7-ci yerdə olan Hindistan 2020-ci ildə 4-cü yerə, 12-ci yerdə olan Rusiya isə bu il 6-cı yerə qalxıb.
Cari ilin yanvar-mart aylarında isə Azərbaycanın Hindistana ixracı 169,572 milyon dollar ikən, yanvar-aprel ayında isə ixracın miqdarı 284,244 milyon dollar oldu.
Ötən il Azərbaycanın Rusiyaya ixracı 178,447 milyon dollar, 2020-ci ilin müvafiq dövründə isə ixrac 193,536 milyon dollar olub.
Cari ilin 4 ayında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi: