Çin yaxın iki il ərzində koronavirusdan zərər çəkmiş ölkələrə 2 milyard dollar vəsait ayıracaq.
Banker.az xəbər verir ki, bu barədə bazar ertəsi günü ÇXR-in sədri Xi Jinping bildirib.
“Covid-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığı stimullaşdırmaq üçün Çin yaxın iki il ərzində koronavirusdan zərər çəkmiş ölkələrə 2 milyard dollar yardım edəcək”, – deyə Çin lideri Ümumdünya Səhiyyə Assambleyasının videokonfrans formatında keçirilən 73-cü sessiyasında söyləyib.