14 C
Baku
Saturday, November 16, 2024

“Uber” daha 3 min işçini ixtisar edəcək və dronların inkişafı ilə bağlı planlarına yenidən baxacaq

“Uber” in rəhbəri Dara Xosrovşahi işçilərə göndərdiyi məktubda şirkətin əlavə olaraq 3 min nəfəri işdən çıxaracağını və 45 ofisi bağlayacağını bildirib.

Banker.az xəbər verir ki, bu barədə WSJ yazıb.

Əvvəlki ixtisarları nəzərə alaraq, şirkətin işçi heyəti bir ayda 25% azalacaq. İşdən çıxarma əsasın ABŞ-dakı işçilərə təsir edəcəkdir. Qeyd edildiyi kimi, “Uber” San-Fransiskodakı ofisini bağlamağı planlaşdırır, CNBC bildirir.

Karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci ilin aprel ayında şirkətin daşımalardan əldə etdiyi gəlir 80% düşüb.

Xosrovşahi həmçinin şirkətin əsas fəaliyyət sahələrinə aid olmayan xərcləri azaldacağını bildirib: istehsal inkubatoru və süni zəka laboratoriyası. Bundan əlavə, “Uber” “yüz milyonlarla dollar” xərclədiyi dron və yük daşımaları sahələrini yenidən qiymətləndirməyi planlaşdırır.

Bildiyimiz kimi, “Uber” in digər layihələrindən biri də “Uber Eats” olmuşdur. Xosrovşahi onun gəlir gətirdiyini, lakin xərcləri ödəmədiyini söyləyir.

Xatırladaq ki, 2020-ci il mayın 6-da “Uber” pandemiya fonunda xərcləri azaltmaq üçün 3700 nəfəri (heyətin 14%-i) işdən çıxaracağını açıqlamışdır. Bu, şirkətə 1 milyard dollar qənaət etməyə imkan verib.

Son xəbərlər
Digər xəbərlər