2 C
Baku
Saturday, December 14, 2024

“İnsan qorxmalıdır, lakin cəsur olmalıdır”: Yelo Bank sədri

“Yelo Bank” ASC-nin sədri  Nikoloz Şurqaiaya “növbəti kapitallaşmadan sonra da zərərlə işləsəniz, gələcəkdə səhmdarların dəstəyinin azalmasından qorxmursunuz?” sualına maraqlı cavab verib.

Şurqaia deyib ki, qorxu faydalı hissdir və banka məsuliyyəti xatırladır: “İnsan qorxmalıdır, lakin cəsur olmalıdır. Çünki qorxuya baxmadan cəsarət riskləri və nəticələri dərk edə-edə irəliləməyə imkan verir. Əlbəttə, biz hər zaman pis nəticə əldə etməkdən ehtiyat edirik. Lakin biz əminik ki, qarşıda duran proqramı reallaşdıra biləcəyik. Səhmdarlarımızın komandaya inamı böyükdür. Qısamüddətli zərər onların planlarına heç cür təsir etmir, çünki bizim şəffaflığımıza və məqsədyönlüyümüzə inanırlar. Biz mərhələli şəkildə məqsədlərimizə çatırıq. Səhmdarlarımız da görür ki, biz maliyyə hesabatlarımıza qarşı şəffaf olmaqla, işimizə düzgün yanaşmaqla hədəfə doğru irəliləyirik”.

Sədr qeyd edib ki, “Yelo Bank” müştərini ön plana çəkmək, ürəklə xidmət etmək, həllər tapmaq, sadə olmaq və təbəssümlə xidmət etmək kimi beş dəyərə sahibdir.

“Ürəklə xidmət etmək o deməkdir ki, biz bu banka yalnız iş yeri kimi deyil, özümüzünkü kimi baxırıq. Tam məsuliyyətlə deyirəm ki, bizim komandamız nəinki daxili, hətta regionda ən güclülərdəndir. Bu cür dəyərlərə sahib olan belə bir komanda ilə qarşıya qoyulan hədəflərə çatmamaq mümkün deyil” — deyə, bank sədri deyib.

Son xəbərlər
Digər xəbərlər