12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın sığorta bazarı 9,9% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 251,7 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az saytına daxil olan məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon manat və ya 9,9% çoxdur.

2014-cü ilin ilk 7 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 milyon manat və ya 13,2% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 30 manat olub.

Son xəbərlər
Digər xəbərlər