Rusiya 200 mindən çox əcnəbini qanunları pozduğu üçün ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini, DİN-in Miqrasiya Xidmətinin rəisi Andrey Kikoç Prezident Vladimir Putinlə Kreml keçirdiyi görüşdə məlumat verib. Görüşdə qeyd edilib ki, preventiv tədbirlər çərçivəsində ölkə qanunvericiliyini pozan 197 min əcnəbinin Rusiyaya girişi müəyyən müddətə məhdudlaşdırılıb.
Bundan əlavə, Kikoç qeyd edib ki, saxta məlumatlar ehtiva edən sənədlərin aşkar edilməsi istiqamətində işlər gücləndirilib və saxtakarlıq halları 10 dəfə çox qeydə alınıb. Saxta nikah və ailə-münasibətlərinin aşkarlanması işləri nəticəsində təxminən 20 min müvəqqəti yaşamaq icazəsi və yaşayış icazəsi ləğv edilib.
Xatırladaq ki, Rusiyaya girişi qadağan olunan arasında qeyri-rəsmi məlumatlara görə 8 mindən çox Azərbaycan vətəndaşının adı da var.
Qeyd olunmalıdır ki, hər il Rusiyaya təxminən 9 milyon əcnəbi vətəndaş gəlir, hazırda isə ölkədə 6-6,5 milyon nəfər qalmaqdadır.







