ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, respublikaçılar noyabrda keçiriləcək aralıq seçkilərində Konqresin hər iki palatasına nəzarəti qoruyub saxlasalar, hər bir yetkin amerikalıya 5 min dollar məbləğində “Tramp dividendi” ödəyəcək.
Donald Tramp bu təklifi aralıq seçkilərə həsr olunmuş Respublikaçılar Partiyasının qurultayı tarixində ilk dəfə irəli sürüb. Lakin bu ödənişlərin konkret olaraq necə həyata keçiriləcəyi və qanuni olub-olmayacağı hələlik məlum deyil. “Reuters” agentliyi yazır ki, ABŞ-də təxminən 270 milyon yetkin insanın yaşadığını nəzərə alsaq, bu ideyanın reallaşdırılması təxminən 1,35 trilyon dollara başa gələcək.
Donald Tramp vurğulayıb ki, amerikalılar bu pulu ABŞ-də xərcləməli olacaqlar. Onun sözlərinə görə, bu, “Tramp dividendləri” adlandırılacaq.







