14 C
Baku
Saturday, November 16, 2024

“Walmart”ın gəlirləri 9% artıb

Bu ilin I rübündə ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Walmart”ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artaraq 134,6 milyard ABŞ dollarına çatıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Hesabat dövründə şirkətin ümumi satışları 10%, o cümlədən onlayn satışları 74% artıb.

“Koronavirus (COVID-19) pandemiyası şirkətin satışlarına əhəmiyyətli dərəcədə təsir göstərib, görünməmiş tələblə qarşılaşmışıq”, – deyə “Walmart”dan bildirilib.

Qeyd edək ki, hesabat dövründə ən çox qida və sağlamlıq məhsulları üzrə satışlarda artım müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər