ABŞ Covid-19 ilə beynəxalq mübarizə çərçivəsində 162 milyon dollar vəsait ayıracaq. Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo məlumat verib.
“Biz daha 162 milyon dollar beynəlxalq yardım təmin edəcəyik. Bu da indiyədək göstərilmiş yardımın ümumi həcmini 1 milyard dollara çatdıracaq”, – Pompeo bildirir.
Onun sözlərinə görə, söhbət ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin yardımından gedir. ABŞ-dakı özəl şirkətlər 3 milyard dollara qədər vəsait ayırıblar.