FED-in balans hesabı 7 trilyon dolları keçib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) balans hesabı ilk dəfə olaraq 7 trilyon dolları keçib. Xatırladaq ki, ötən ilin payız aylarında bu göstərici 4 trilyon dollara çatmışdır.

Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, iki qat artım əsasən koronavirus pandemiyası ilə əlaqəlidir. Son bir həftə ərzində FED-in balans hesabı daha 103 milyard dollar artmışdı. Qeyd edək ki, 6 trilyondan 7 trilyondan keçid cəmi bir ay yarım davam edib.

Mart ayında böhran şəraitində xəzinə və ipoteka istiqrazlarının alışı gündə 6 milyard dollara düşüb. Buna baxmayaraq, mütəxəssislər bunda müəyyən çətinliklər görürlər: növbəti altı ayda ABŞ-ın Maliyyə Nazirliyi bazarda 3 trilyon dollar borc almağı planlaşdırır və bu həcmdə istiqrazları kimin alacağı hələdə məlum deyil. Çox güman ki, FED yenidən QE proqramını genişləndirməyə məcbur olacaqdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər