2012-ci ildə yaradılan “AZ Dağ-Mədənistismar” MMC səhmdar cəmiyyətə çevrilir.
Bu barədə Banker.az-a şirkətin elanında məlumat daxil olub.
Şirkətdən bildirilir ki, adını və təşkilati-hüquqi forması dəyişərək “AzDağMədənİstismar” Qapalı Səhmdar Cəmiyyətinə çevrilir.
Şirkət Azərbaycanda qızıl istehsalını həyata keçirən “AzerGold” QSC-nin mühüm podratçısıdır.
Belə ki, cari ildə “AzerGold” elan edib ki, “AZ Dağ-Mədənistismar” MMC 2.81 milyon manatlıq aralarında müqavilə imzalayıblar.
Müqaviləyə əsasən, şirkət “AzerGold” üçün kəşfiyyat qazma işləri həyata keçirir.
Şirkət 8 ildir fəaliyyət göstərir və 2 000 manat nizamnamə kapitalı var.