14 C
Baku
Saturday, October 19, 2024

Yeni açılmış iş yerlərinin sayı açıqlandı – Ən az Şabran və Sədərək rayonundadır (Siyahı)

Azərbaycanda ən çox və ən az iş yerləri açılan rayon və şəhərlərin adları açıqlanıb. 2020-ci ilin birinci rübündə Respublikada cəmi 25 088 iş yeri açılıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-nın göstəricilərinə əsasən, ən çox iş yeri yaradılmış şəhər Bakıdır. Belə ki, paytaxtda bu göstərici 15 189 təşkil edib. Ən çox iş yeri cari ilin 1-ci rübündə Bakının Yasamal rayonunda (3 467 iş yeri olmaqla) açılıb. Digər ikinci ən çox iş yeri yaradılmış Cəlilabad rayonudur. Burada bu il 2 337 iş yeri yaradılıb. Üçüncü yerdə isə Qobustan rayonudur (808 yeni iş yeri).

2020-ci ilin 1-ci rübündə ən az iş yeri açılmış isə Şabran rayonu, Kəngərli rayonu (3 yeni iş yeri) və Sədərək rayonudur (2 yeni iş yeri).

is yeri

Son xəbərlər
Digər xəbərlər