19 C
Baku
Friday, November 1, 2024

İşdə bu sualları verməyin!

Bəzi cümlələr vardır ki, şüurumuzda bizə doğru görünsələr də, birbaşa olaraq iş professionallığımıza təsir edir. Bu səbəbdən də bu sualları verməyi özünüzə qadağan etməyiniz məsləhətdir. 

 Bəs hansı suallardan yayınmaq lazımdır?

 1. Bunun nə mənası var ki?

Bu cümlə müsahibinizdə sizin məsələni sərbəst şəkildə anlamamaq təəssüratı yaradacaq. Bunun əvəzində “Siz bu haqda nə düşünürsünüz” sualını verməyiniz məqsədə uyğundur.

 2. Bu ədalətli deyil?!

İşdə narazılıq və gileylənmək hallarından da uzaqlaşmaq lazımdır.

 3. Mənim buna vaxtım olmadı.

Bu bir çox hallarda yalan olur. Əgər hər hansı tapşırığı yerinə yetirə bilməmisinizsə bəhanələr gətirmək əvəzinə, onu bitirmək üçün zaman istəyin.

 4. Mən sadəcə…

 “Mən sadəcə yoxlamaq istəyirdim”, “Mən sadəcə düşünürəm” – bu tip cümlələri işlətmək ilk baxışdan zərərsiz görünə bilər. Lakin bu ifadələr fikri əsas demək istədiyiniz şeylərdən uzaqlaşdırır. “Sadəcə” kəlməsindən istifadə etməklə, sanki özümüzə güc qazandırmış oluruq. Lakin bu parazit ifadədən xilas olun və nitqiniz daha ağır məna yükünə sahib olacaq.

5. Nifrət edirəm, yaxud bu məni qıcıqlandırır

Ofisdə kiməsə, konkret bir insana qarşı əsəbiləşmək yol verilməz haldır. Bu “məktəb” davalarını xatırlatmaqla, kollektivin iş keyfiyyətinə birbaşa təsir edir.

Son xəbərlər
Digər xəbərlər