Azərbaycanda 1 aprel 2020-ci il tarixinə informasiya və rabitə sektorunda çalışan işçilərin sayı 28 353 nəfər olub, bu illik müqayisədə 3,3% artım deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Burada nəşriyyat fəaliyyəti sahəsində 1 146 (13%), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində 586 nəfər (+0,7%) proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində 6 375 nəfər (+2,9%), rabitə sahəsində, 13 723 nəfər (+1,7%), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində 3 032 nəfər (+19%) informasiya xidmətləri fəaliyyəti sahəsində 3 491 nəfər (5,5%) təşkil etmişdir.
Göründüyü kimi nəşriyyatda mühüm azalma müşahidə edilmiş, lakin, proqramlaşma üzrə isə artımlar olub.
Sektorda çalışan işçilərin orta aylıq əməkhaqqı, AZN | |||
Göstəricilərin adı | 2020-ci ilin yanvar-mart aylarında | 2019-cu ilin müvafiq dövründə | 2019-cu ilin müvafiq dövrünə nisbətən, faizlə |
A | 1 | 2 | 3 |
Cəmi | 1 079,4 | 950,1 | 13,6 |
o cümlədən: | |||
nəşriyyat fəaliyyəti sahəsində | 535,8 | 420,9 | 27,3 |
kinofilmlərin, video və televiziya proqramlarının
istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində |
807,6 | 773,7 | 4,4 |
proqramların tərtib edilməsi, radio və televerilişlərin
translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində |
858,9 | 728,5 | 17,9 |
rabitə sahəsində | 1 152,4 | 1 031,8 | 11,7 |
proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər
və bununla əlaqədar fəaliyyət sahəsində |
1 595,5 | 1 408,0 | 13,3 |
informasiya xidmətləri fəaliyyəti sahəsində | 1 046,6 | 916,2 | 14,2 |