“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.
Məlumat verilib ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
“Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya Birləşmiş Krallıq, Fransa və BƏƏ-dir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən 13,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilmişdi.