“PAŞA Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta departamentinin yeni direktoru təyin edilib. Banker.az bu barədə sığorta şirkətinə yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, bu vəzifəyə Fərid Hidəyətov təyin edilib.
F.Hidəyətov 2007-ci ildən “PAŞA Sığorta” şirkətində çalışır. Onun sonuncu dəfə sığorta şirkətində vəzifəsi anderraytinq və təkrarsığorta meneceri idi.
Hidəyətov vəzifəsinin icrasına artıq iyun ayından başlayaraq başlayıb.
“PAŞA Sığorta”da hazırda 11 departament və 8 xidmət strukturu vardır.
O, Navarro Universitetinin məzunudur.