9 C
Baku
Thursday, December 12, 2024

Pandemiya əngəl deyil: ABŞ milyarderləri 565 milyard dollar zənginləşiblər

Martın 18-dən bəri amerikan milyarderləri ümumilikdə 565 milyard dollar zənginləşiblər və bu, pandemiyadan əvvəl qeydə alınan rəqəmlərdən 19,15% yüksəkdir.
Banker.az xəbər verir ki, bunu Amerikanın “Institute for Policy Studies” qeyri-hökumət təşkilatının 4 iyun tarixli hesabatı sübut edir. İlk növbədə söhbət onlayn ticarət və İnternet xidmətləri ilə əlaqəli olan şirkətlərin sahibləri və qurucuları haqqında gedir.
Hazırda amerikalı milyarderlərin sahib olduqları vəsaitin həcmi 3,512 trilyon dollardır. Mütəxəssislər üç ay ərzində sərvətlərini 10 milyard dollardan çox artırmağı bacaran zəngin insanları xüsusilə vurğulayırlar.
Onlar sırasına “Amazon” şirkətinin direktoru Ceff Bezos (+36,2 milyard dollar) və onun keçmiş həyat yoldaşı Makkenzi Bezos (+12,6 milyard dollar), “Facebook” un rəhbəri Mark Çukerberq (+30,1 milyard dollar), “Tesla” və “SpaceX” in rəhbəri İlon Mask (+14,1 milyard dollar) və “Google” korporasiyasının təsisçiləri Sergey Brin (13,9 milyard dollar) və Larri Peyc (13,7 milyard dollar) daxildir. Sahibkar və Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberq sərvətini 12,1 milyard dollar, “Nike” şirkətinin təsisçisi Fil Nayt isə 11,6 milyard dollar artırıb.
Buna baxmayaraq, qeyd edildiyi kimi, pandemiya gəlir səviyyəsi yüksək olmayan amerikalılara mənfi təsir göstərib.
Son xəbərlər
Digər xəbərlər