Azərbaycanda kreditlərin sığortalanması 2020-ci ildə 56% və yaxud 2,3 dəfə kiçilib.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-aprel ayları ərzində cəmi 11 700 manatlıq kredit sığortalanıb. Öncəki ilin analoji dövründə bu rəqəm 26 400 manat idi. Lakin, dövr ərzində heç bir sığorta hadisəsi baş verməyib.
Cari ilin yanvar-mart aylarında isə kredit sığortası üzrə yığılmış sığorta haqları 11 000 manat təşkil etmişdir. İllik müqayisədə kreditlərin sığortlanması bazarı kiçilsədə, aylıq müqayisədə 6,4% böyüyüb.
Onuda qeyd edək ki, Kreditlərin sığortası — kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.