21 C
Baku
Friday, October 4, 2024

Azərbaycanın bank sektoru auditdə əsasən “Bakertilly”yə etibar edir – Araşdırma

Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən “Bakertilly” şirkətinə etibar edir.

Banker.az xəbər verir ki, bu, “Report” agentliyinin apardığı araşdırma nəticəsində məlum olub.

Belə ki, sözügedən şirkət 26 bankdan 8-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 2 vahid çoxdur.

Müştərisi olan bankların sayına görə 2-ci yerdə “Ernst & Young” şirkəti qərarlaşıb. Bu şirkət ötən il üzrə 5 banka audit rəyi verib. Bu isə əvvəlki il üzrə göstəricidən 1 vahid azdır.

KPMG isə 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib. Bu isə 2018-ci ilə nisbətən 2 vahid azdır.

Əvəzində “Grant Thornton” və “PwC” şirkətləri xidmət göstərdiyi bankların sayını müvafiq olaraq 2 vahid və 1 vahid artıraraq 3-ə çatdırıb.

RSM və “Crowe” şirkətlərinin audit etdiyi bankların sayı isə dəyişməyərək 1 qalıb.

“Best Audit” şirkətinin əməkdaşlıq etdiyi bankların sayı 2-dən 1-ə düşüb. 2018-ci il üzrə 1 banka xidmət göstərmiş NEXİA EA şirkəti isə 2019-cu il üzrə audit etməyə bank tapa bilməyib.

Maraqlıdır ki, bankların tərəfdaş kimi seçdiyi audit şirkətlərinin arasında Böyük 4-lüyə daxil olan “Deloitte and Touche” şirkəti yoxdur. 4-lüyə aid qalan 3 audit şirkəti (“Ernst & Young”, KPMG və “PwC”) isə 2018-ci ildə 14 bankdan iş aldığı halda 2019-cu ildə bu rəqəm 12-yə düşüb.

Ümumiyyətlə isə, 26 bankdan 6-sı audit şirkətini dəyişib.

Banklar Auditi aparan şirkət
(2019-cu il)
Auditi aparan şirkət
(2018-ci il)
1 Access Bank PwC Ernst & Young
2 AFB Bank KPMG KPMG
3 Azərbaycan Beynəlxalq Bankı Ernst & Young Ernst & Young
4 Azərbaycan Sənaye Bankı Grant Thornton RSM
5 Azər-Türk Bank Ernst & Young Ernst & Young
6 Bank Avrasiya Bakertilly Bakertilly
7 Bank of Baku Bakertilly KPMG
8 Bank BTB KPMG KPMG
9 Bank Respublika KPMG KPMG
10 Premium Bank Grant Thornton Grant Thornton
11 Bank VTB Azərbaycan Ernst & Young Ernst & Young
12 Express Bank PwC PwC
13 Günay Bank RSM Nexia EA
14 Kapital Bank Ernst & Young Ernst & Young
15 İran Milli Bankının Bakı filialı Best Audit Best Audit
16 Muğan Bank Bakertilly Bakertilly
17 Naxçıvan Bank Bakertilly Bakertilly
18 Yelo Bank Bakertilly KPMG
19 Pakistan Milli Bankının Bakı filialı Grant Thornton Best Audit
20 PAŞA Bank Ernst & Young Ernst & Young
21 Rabitəbank KPMG KPMG
22 Turan Bank Bakertilly Bakertilly
23 Unibank Bakertilly Bakertilly
24 Xalq Bank Crowe Crowe
25 Yapı Kredi Bank Azərbaycan PwC PwC
26 Ziraat Bank Azərbaycan Bakertilly Bakertilly
Son xəbərlər
Digər xəbərlər