“OMNİ Finance” Bank Olmayan Kredit Təşkilatının 2018-ci il və 2017-ci ilin müvafiq dövründə də zərəri 19 min manat təşkil edib.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “OMNİ Finance” Bank Olmayan Kredit Təşkilatının cəmi aktivləri 2 milyon 858 min manat olub ki, bunun da 2 milyon 107 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. BOKT-un cəmi öhdəlikləri isə 2 milyon 859 min manat olub.
“OMNİ Finance” Bank Olmayan Kredit Təşkilatının 2018-ci ildə əməliyyat gəlirləri 217 min manat, xərcləri 236 min manat olub. Həmçinin BOKT-un işçilərlə bağlı xərcləri 20 min manat təşkil edib.
Qeyd edək ki, “OMNİ Finance” BOKT 2003-cü ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 455 000 manatdır və qanuni təmsilçisi Kamran Mürşüdovdur.