6 C
Baku
Sunday, December 15, 2024

Əvəzedilməz Entso Ferrari

Hazırda dünyanın ən məşhur avtomobil brendlərindən biri olan Ferrari şirkəti öz yaradılışını avtomobil yarışçısı Entso Ferrariyə borcludur. Onun avtomobilləri öz gözəlliyi, rahatlığı və sürəti ilə məşhurdur. Entso öz avtomobillərində Rolls-Royce dəbdəbəsini, “Formula-1” sürətini və klassik idman avtomobilləri gözəlliyini birləşdirib. Ferrari indi də öz möhtəşəmliyini qoruyub saxlayır. Bu əvəzedilməzlik isə bütün güc və pulunu avtomobil yarışlarına sərf edən qəribə italyanlı sayəsində yaranmışdır. O öz avtomobillərini “Scuderia Ferrari” idman cəmiyyətini daha da inkişaf etdirmək üçün buraxırdı.

Çox əzmli insan olan Ferrari öz soyadı kimi parlaq həyat yaşayıb. O 14 avqust 1988-ci ildə 90 illik yubileyini qeyd etdikdən 6 ay sonra dünyasını dəyişir.

Bu məqalədə onu daha yaxından tanımağı təklif edirik:

Entso Ferrari hərbidə xidmət etdiyi zaman ağır xəstələnir və xəstəxanaya düşür. Onun vəziyyəti o qədər ağır olur ki, hətta tibbi personal ona diqqət belə ayırmırlar. Lakin heç nəyə baxmayaraq, o həyatdan iki əlli yapışır və sağalmağı bacarır.

Entso yarışlarda ilk dəfə 1919-cu ildə debüt edib. Avtomobil yarışlarında iştirak onun həyatının əsas məqsədi və məşğuliyyətinə çevrilir. Artıq bir ildən sonra o Alfa-Romeo komandasında aparıcı yarışçı olur.

Ferrari 1929-cu ildə özünün ilk yarış komandasını yaradır. Daha sonra isə avtomobil istehsal edən şirkət yaradır.

Entsonun özünün yüksək istedadlı avtomobil konstruktoru adlandırmaq olmazdı və demək olmaz ki, bütün avtomobillərin modelini o yaradıb. Xeyr, lakin o işə dövrün ən yaxşı əməkdaşlarını cəlb edən dahi menecer idi.

Onun həyatı boyu daim qoruduğu yeganə həyat yoldaşı olub. Entso dəfələrlə nigahın müqəddəs olduğunu, lakin bunun kənarda məşuqəyə və uşaqlara sahib olmağa mane olmadığını demişdir. Onların varlığından tək Ferrarinin həyat yoldaşı xəbərsiz idi. Entso yalnız həyat yoldaşı dünyasını dəyişdikdən sonra qanunsuz yolla doğulmuş uşaqları qanuniləşdirə bilir.

Onun ilk qanuni oğlu sağalmaz qüsur – Düşenin əzələ distrofiyası ilə doğulur və 24 yaşında olarkən dünyasını dəyişir.

Nihagdan kənar doğulmuş oğlu Pier isə Ferrari imperiyasının qanuni varisinə çevrilir. Lakin buna baxmayaraq şirkəti düzgün şəkildə idarə edə bilmir. Onun qərarsız xasiyyəti həlledici qərarlar qəbul etməyə mane olurdu.

Entso həyatının demək olar ki, son 10 illiyini qara eynəkdə keçirib. O hətta öz ala-qaranlıq otağında belə bu eynəkləri çıxarmırdı.

Ferrari emblemindəki məşhur at təsvirinin tarixi çox sadədir. Yarış avtomobilində at təsvirini yaratmağı Entsoya 1923-cü ildə məşhur pilot olan Fransesko Barakka-nın valideynləri təklif etmişlər. Pilotun qırıcı təyyarəsində məhz belə təsvir var idi. Onlar belə hesab edirdilər ki, bu simvol uğur gətirir. Bu at hər zaman qara rəngdə idi və elə olaraq da qaldı.

Ferrari bütün həyatı boyu lələkli qələm  və bənövşəyi rəngdə olan mürəkkəblə yazıb.

Bundan əlavə o heç vaxt liftdən istifadə etməyib və təyyarələrdən çox qorxardı.

Son xəbərlər
Digər xəbərlər