9 C
Baku
Thursday, December 12, 2024

Qızıl və istiqrazlar pandemiyadan müalicə vasitəsinə çevrildilər

“Kommersant”ın verdiyi məlumata görə, beynəlxalq sərmayəçilərin qızıl və istiqrazlara yatırımları get-gedə artır: son bir həftə ərzində profil fondlara müvafiq olaraq 2,9 və 20 milyard dollar vəsait daxil edilib. Bundan əlavə, investorlar qlobal iqtisadiyyatdakı yavaşlama riskinin artması fonunda əmtəə fondlarına qoyuluşları azaldırlar.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

“Emerging Portfolio Fund Research”in (EPFR) “Bank Of Amerika”nın (BofA) hesabatına əsasən hazırladığı qiymətləndirmələrə görə, ötən həftə bu kimi fondlardan çıxarılan xarici sərmayənin ümumi miqdarı 7,2 milyard dollardan çox olub. Xüsusilə, inkişaf etmiş ölkələrin payını qeyd etmək yerinə düşər.

EPFR-nin məlumatına görə, son bir həftə ərzində beynəlxalq investorlar istiqraz fondlarına təxminən 20 milyard dollar sərmayə qoyublar. Fəaliyyəti qiymətli metallara qoyulan investisiyalara yönələn fondlar 2,9 milyard dollar cəlb ediblər – mayın ortalarından bəri ən yüksək məbləğ. Ekspertlərin fikrincə, bu tendensiya təkcə səhmlərə olan tələbin azalması ilə deyil, həm də hökumətlər və mərkəzi bankların iqtisadiyyat və bazarlara dəstəyin artması ilə əlaqədardır.

Proqnozlara görə, pandemiyanın ikinci dalğası baş verdiyi təqdirdə daha bir aktiv zərər çəkə bilər – neft. Belə ki, BofA-nın hesablamalarına əsasən ötən həftə ərzində neft yönümlü fondlardan 1,5 milyard dollar vəsait çıxarılıb ki, bu da əvvəlki dövr ilə müqayisədə 2,5 dəfə çoxdur. OPEC+ sazişi fonunda bazarın qismən bərpa olması gözləntisi özünü doğrutdu və iyunun əvvəlində qiymətlər demək olar ki, üç dəfə artaraq bir barel üçün 40 dollara çatdı.

Son xəbərlər
Digər xəbərlər