18 C
Baku
Sunday, April 28, 2024

Dollara tələbat artıb, yoxsa azalıb? – Bankların nə qədər dollar alıb-satdıqları açıqlandı

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinad edir.

Statistikaya görə, 2020-ci ilin may ayında banklar tərəfindən nağd 71 milyon 194 min dollar alınıb, 227 milyon 815 min dollar satılıb. 2019-cu ilin may ayında isə banklar tərəfindən 170 milyon 757 min dollar alınıb, 173 milyon 384 min dollar isə satılıb. Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayında dolların alışı 58,3% və yaxud 2,3 dəfə azalıbsatışı isə 31,4% və yaxud 1,3 dəfə artıb.

Bildirək ki, aprel ayı ilə müqayisədə mayda banklar tərəfindən dollar alışı 2 dəfə artıb, satışı isə 25% və yaxud 1,3 dəfə azalıb.

May ayında banklar tərəfindən 4 milyon 733 min avro alınıb, 16 milyon 003 min avro satılıb. 2019-cu ilin analoji dövrüylə müqayisədə 2020-ci ilin mayında banklar tərəfindən alınan avronun sayında 81%, satışında isə 72% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən bu ilin may ayında 189 min funt sterlinq alınıb və 540 min funt sterlinq isə satılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər