13 C
Baku
Monday, October 21, 2024

Belarusun ən böyük broyler şirkəti Azərbaycana gəldi

Azərbaycanda daha bir xarici şirkətin nümayəndəliyi açılır.

Banker.az xəbər verir ki, yeni açılan şirkətin adı “Vitebskaya Broylernaya Ptitsefabrika” ASC-dir.

“Vitebskaya Broylernaya Ptitsefabrika” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ ev.35 m.21. ünvanında fəaliyyət göstərəcək.

Bu yeni nümayəndəlik 12 may 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Qarayev Ramin Fəxrəddin oğludur.

Bildirək ki, “Vitebskaya Broylernaya Ptitsefabrika” ASC Belarus Respublikasındakı ən böyük quş əti istehsalı müəssisələrindən biridir və 35 ildən çoxdur ki, fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər