15 C
Baku
Tuesday, April 30, 2024

“Səba” ASC bankdan götürdüyü kreditin müddətini uzatmaq istəyir

Avqustun 14-ü saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətin Direktorlar Şurası qərar qəbul edib.

Qərara əsasən, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2019-cu ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi, “Xalq Bank”la 3 il müddətinə bağlanmış 15 Avqust 2017-ci il tarixli kredit müqaviləsinin müddətinin 24 ay – yəni 15 avqust 2022-ci il tarixə qədər uzadılması (kreditin ödəniş şərtlərinin dəyişdirlməsi ilə bağlı restruktrizasiya olunması) və digər məsələlər daxildir.

Xatırladaq ki, “Səba” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i “Baku Investment Company” MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər