10 C
Baku
Thursday, December 12, 2024

S&P “Nissan”ın kredit reytinqini endirib

“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi “Nissan Motor Co. Ltd.” şirkətinin uzunmüddətli kredit reytinqini “BBB”dən “BBB-” səviyyəsinə endirib və “CreditWatch” siyahısından silib. Reytinq üzrə proqnoz “mənfi”dir.

Reytinqin endirilməsi 2020-2021-ci illərdə avtomobil istehsalçısının gəlirliyinin bazarda olan rəqibləri ilə müqayisədə daha yüksək təzyiqə məruz qalması gözləntilərini əks etdirir. Təzyiqlərin əsas drayveri COVID-19 pandemiyası göstərilir.

S&P-nin mütəxəssislərinin fikrincə, “Nissan”ın reytinqini hazırkı səviyyədə saxlayan “maliyyə yastığı” azad pul vəsaitlərinin axınının saldosunun mənfi olması səbəbindən zəifləyəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər