Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub.
TASS xəbər verir ki, məlumatı Yelisey sarayı yayıb.
Fransa prezidenti ona hökuməti formalaşdırmağı tapşırıb.
O, bundan əvvəl Fransa Prezidenti Administrasiyası başçısının müavini vəzifəsində işləyib.
J.Kasteks ölkədə özünütəcrid rejimindən çıxma prosesinə kuratorluq edib.