Bir dəfə şagird dəvəsi ilə ustadının yanına gəlir. O dəvədən enir, birbaşa olaraq ustadının olduğu çadıra yollanır və təzim edərək deyir:
-Mənim Allaha olan inamım o qədər güclüdür ki, dəvəmi çöldə heç hara bağlamadan gəldim. Əminəm ki, Allah onu sevənləri çətin vəziyyətə salmaz.
Bunu eşidən ustad deyir:
-Axmaq, get dəvəni bir yerə bağla. Allah sənin öz etmək iqtidarında olduğun şeyi sənin əvəzinə etməyəcək.