6 C
Baku
Sunday, December 15, 2024

OPEC+ razılaşmasının iştirakçıları neft hasilatını artırmaq niyyətindədirlər

OPEC+ razılaşmasının iştirakçıları avqust ayından etibarən neft hasilatını artırmaq niyyətindədirlər. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” və “Wall Street Journal” məlumat yayıb. Nəşrlərə görə, belə bir təşəbbüs Rusiya tərəfindən irəli sürülüb.

Xatırladaq ki, aprel ayında neft hasilatını azaltmaq məqsədi ilə görülən tədbirlər, bazarın sabitləşməsi və qiymətlərin iki dəfə artması ilə nəticələnib. İndi iqtisadiyyatın məhdudlaşdırıcı tədbirləri aradan qaldırıldıqda və yanacağa tələbat yenidən bərpa olduqda, mütəxəssislər müqavilənin şərtlərini yumşaltmaq üçün obyektiv səbəblər görürlər.

Qeyd edildiyi kimi, OPEC+ iştirakçılarının növbəti iclası 15 iyul tarixinə planlaşdırılıb və yayılan məlumata görə, iclasda neft hasilarının gündə 2 milyon barelə qədər azaldılması müzakirə olunacaq. Bildirilik ki, bu tədbir qısa müddətdə neft qiymətlərinə mənfi təsir göstərə bilər, çünki bazarda pay uğrunda mübarizə başlayacaq.

Son xəbərlər
Digər xəbərlər