10 C
Baku
Monday, December 8, 2025

Azərbaycanda 18.4 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 18,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Banker.az Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-iyun aylarında isə 23,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər