Qiymətli daşlar bütün əsrlər boyu kişi və qadınların ən çox arzulanan zinət əşyası olmuşdur. İnsanlar əsrlər boyu özlərini bu parlaq və dəbdəbəli minerallar ilə bəzəmişlər.
Qədimdə bu qiymətli daşlardan amulet və talisman hazırlanmasında istifadə olunurdu. Daha sonradan onlardan fəal şəkildə zinət əşyalarının hazırlanmasına başlanmış və hətta məişət əşyalarının, silahların və geyimlərin bəzədilməsində istifadə olunmuşdur. Hazırda qiymətli daşlar nəinki dəbdəbə predmeti, həm də yatırım üçün ən yaxşı vasitədir.
9. Mirvari — dəniz ilbizlərinin bədənində yaranan mineraldır və qiymətli daş olaraq qiymətləndirilir. Mirvariyə Qırmızı dəniz, Fars dənizi, Çin, Rusiya, ABŞ, Yaponiyada rast gəlinir.
8. Rubin — qırmızı rəngli mineraldır. Keniya, Myanma, Tayland, Tanzaniya, Şri-Lankada rast gəlinir.
7. Zümrüd — yaşıl-sarı və mavi-yaşıl çalarlı mineraldır. Bu minerala Avstriya, Braziliya, İrlandiya, Misir, Kanada, Kolumbiya, Maqadasqar, Norveç, Rusiya, Tanzaniya, Somali, ABŞ-da rast gəlinir.
6 . Sapfir — mavi rəngli mineraldır. Bununla yanaşı sarı, yaşıl, çəhrayı və narıncı çalarlarda da rast gəlinir.
5. Qırmızı berill, yazud biksbit — berillin nadir növüdür və yalnızca Yuta və Nyu-Meksiko ştatlarında əldə edilir.
4. Benitoit — mavi, yaxud yaşıl-mavi çalarlı nadir mineraldır və Kaliforniya və Yaponiyada rast gəlinir.
3. Opal — dünyada əldə edilən bu mineralın 97%-i Avstraliyanın payına düşür. Lakin bununla yanaşı opala Braziliya, Honduras, Qvatemala, Meksika, ABŞ və Yaponiyada da rast gəlinir.
2. Tanzanit — mavi və sarı-qəhvəyi çalarlı mineraldır və yalnızca Tanzaniyanın şimalında rast gəlinir.
1. Almaz — dünyanınən bahalı mineralıdır. Emal edilmiş daş- brilyantlar “4C” sistemi ilə qiymətləndirilir.