15 C
Baku
Saturday, October 19, 2024

Amerikalılar koronavirus peyvəndini pulsuz əldə edəcəklər

ABŞ vətəndaşları koronavirus peyvəndini pulsuz alacaqlar, bu barədə ölkənin Səhiyyə və Sosial Xidmət Departamentinin mesajında deyilir. Bildirildiyi kimi, ABŞ-ın Müdafiə Nazirliyi “Pfizer” şirkəti və Almaniyanın “BioNTech” startapı tərəfindən hazırlanan 100 milyon doza peyvəndi 1,95 milyard dollara əldə edəcək.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Biz qeyri-mümkün olanı reallaşdırmağa hazırıq, rekord müddətdə təhlükəsiz və effektiv peyvənd hazırlamaq, istehsal etmək üçün yorulmadan çalışırıq. Biz klinik sınaqların uğurlu başa çatacağı təqdirdə, genişmiqyaslı istehsala başlamaq qərarını verdik”, – deyə “Pfizer” şirkətinin direktoru Albert Burla söyləyir.

ABŞ hakimiyyəti bu ilin sonunadək 300 milyon doza peyvənd almaq niyyətindədir. Ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Aleks Azarın verdiyi məlumata görə, 2021-ci ilə qədər ən azı bir dənə təhlükəsiz və effektiv peyvənd almaq şanslarını artırlaq üçün hal-hazırda bir neçə variant nəzərdən keçirilir.

“Pfizer” və “BioNTech” press-relizdə qeyd edirlər ki, koronavirus peyvəndinin 2020-ci ilin oktyabr ayında hazır olması planlaşdırılır. Şirkət bu ilin sonuna qədər 100 milyon doza, 2021-ci ilin sonuna qədər isə 1,3 milyard doza istehsal etməyi planlaşdırır.

Xatırladaq ki, koronavirus peyvəndinin hazırlanması dünyanın bir neçə ölkəsində davam edir.

Son xəbərlər
Digər xəbərlər