Əmanətlərin Sığortalanması Fondunun investisiya portfeli 3 dəfəyə yaxın artıb

Əmanətlərin Sığortalanması Fondunun investisiya portfeli bu ilin iyunun sonuna 119,6 milyon manata çatıb.

Bunu Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, beləliklə, portfelin həcmi 2022-ci illə müqayisədə təxminən 3 dəfəyə yaxın artıb.

S. Səlimova bildirib ki, bu ilin iyulun 1-nə Fondun investisiya portfelinin 62 %-i Azərbaycan manatında olub: “İnvestisiya portfelinin ​31 %-i ABŞ dollarında, ​7%-i avroda olub. Hesabat dövrünə fondun investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manat təşkil edib”.

O qeyd edib ki, 2022-ci ilin IV rübündə Fondun investisiya portfelinin ümumi həcmi 42,9 milyon manat (30 milyon manat dövlət istiqrazlarında və 12,9 milyon manat ABŞ Xəzinədarlıq notlarında və veksellərində) təşkil edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər