14 C
Baku
Saturday, October 19, 2024

ÜST: Azərbaycanda koronavirusa yoluxma halları azalıb

“İyun ayının sonundan etibarən koronavirusa yoluxanların sayında stabilləşmə, son həftələrdə azalma müşahidə edilir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, məhdudiyyətlərin nəticəsində olub: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik”.

Son xəbərlər
Digər xəbərlər