“Goldman Sachs” mütəxəssisləri hesab edirlər ki, koronavirusa qarşı effektiv peyvəndin meydana çıxması fond birjalarında vəziyyəti dəyişdirə bilər. Onların fikrincə, investorlar istiqrazların satışına hazır olmalıdırlar.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, hal-hazırda fond bazarları peyvəndin noyabr ayının sonuna qədər hazır olacağına inanmırlar. Analitiklər qeyd edirlər ki, yaxın bir neçə ayda bazarın aparıcı gücü ABŞ-dakı prezident seçkiləri və virusun daha geniş yayılması olacaq. Peyvənd “bazarın həm dövri, həm də mənfi nisbətlərlə bağlı fərziyyələrinə təsir göstərə bilər”, – deyə “Goldman Sachs” ekspertləri bildirirlər.
Əgər bu, ABŞ administrasiyasındakı dəyişiklik fonunda baş verərsə, inkişaf etməkdə olan bazarların səhmləri bahalaşacaq. Mütəxəssislər bunun yalnız icarət siyasətindəki risklərin azaldılması, ABŞ-ın vergi risklərinin isə artması halında mümkün olduğunu qeyd edirlər.
“Goldman Sachs” mütəxəssisləri əlavə olaraq qeyd edirlər ki, investorların vəziyyətin bu ssenari üzrə inkişaf etməsinə hazışması üçün hələ tezdir. Buna baxmayaraq, onlar opsionların ticarətində iştirak edə bilərlər. Onların fikrincə, peyvəndin yaranması ilə S&P 500 indeksi 11%-dən çox – 3700 punktadək arta bilər.