7 C
Baku
Sunday, December 15, 2024

Belarus hökuməti istefa verdi

Belarus hökuməti prezident seçkilərinin rəsmi olaraq qalibinin elan edilməsindən əvvəl istefaya gedib.

Bu barədə “Belta” agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkə konstitusiyasının 106-cı maddəsinə və “Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq hökumət yeni seçilmiş dövlət başçısına istefasını təqdim edir.

Qeyd edək ki, Minskdə günlərdir davam edən etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər