9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Komitəsinin sədr müavini Gürcüstana səfir getdi

Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncamla o, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, bundan öncə Dursun Həsənov bu vəzifədə idi.

F.Quliyev 2018-ci ildən Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. F. Quliyev komitəyə qədər “SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb

Son xəbərlər
Digər xəbərlər