Yaponiyalı tennisçi Naomi Osaka dünyada ən çox qazanan qadın idmançı kimi “Forbes”in siyahısına düşüb.
Bu barədə bu barədə Forbes yazıb.
Məlumata görə, ABŞ və Avstraliya çempionatlarının, eləcə də bir neçə dünya səviyyəli idman yarışının qalibi olan 22 yaşlı Naomi Osaka son bir ildə 37,4 milyon dollar qazanıb.
N.Osaka amerikalı tennisçi Serena Uilyamsı 1.4 milyon dollar “üstələyib”.
2015-ci ildə qadın atletlər arasında ən çox qazanan rusiyalı tennisçi Mariya Şarapova olmuşdu (29.7 milyon dollar).
Qeyd edək ki, Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi.