İlon Maskın “SpaceX” kosmik şirkəti yeni maliyyələşdirmə raundu çərçivəsində 1,9 milyard dollar sərmayə cəlb edib. Xatırladaq ki, daha əvvəl şirkət ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına müvafiq müraciət göndərmişdi. Raundun investorları açıqlanmır.
Banker.az xəbər verir ki, “PitchBook”un verdiyi məlumata görə, bu, “SpaceX”in ən böyük raundurur. Avqustun 14-də “Bloomberg”in mənbəsi şirkətin 46 milyard dollar dəyərləndirmə ilə 2 milyard dollarlıq raunda çatmağa yaxın olduğunu bildirmişdir. “SpaceX” iyul ayında 44 milyard dəyərləndirmə ilə 1 milyard dollar cəlb etmək üçün danışıqlar aparsa da, investorların artan tələbi səbəbindən raundun həcmini artırmalı olub.
“Fidelity Investments”in qeyd etdiyi kimi, şirkətin hazırkı investoru raundun ən iri iştirakçılarından birinə çevrildiyini söyləyir. 2020-ci ilin fevral ayında CNBC “SpaceX”in 36 milyard dollar dəyərləndirmə ilə 250 milyon dollar cəlb etməyi planlaşdırdığını bildirmişdir.
Xatırladaq ki, “SpaceX”in yeni maliyyə raundu 2020-ci il 30 may tarixində “Crew Dragon” adlı kosmik gəminin uğurla işə salınmasından sonra keçirilib.